İslami İranda sionizmə qarşı aksiyalar keçirildi
Okt 16, 2015 19:14 Asia/Baku
-
İslami İranda sionizmə qarşı aksiyalar keçirildi
İslami İran cümə günü sionist rejim və Ali-Səud rejiminin regiondakı cinayətlərinə qarşı aksiyaların şahidi olub.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Tehran və İranın müxtəlif şəhərlərində əhali bu həftənin cümə namazını qıldıqdan yürüşlərdə iştirak edərək sonra sionist hərbçilərin Fələstinin müdafiəsiz xalqına hücumlarını və Ali-Səud rejiminin Yəməndəki cinayətlərinin davam etməsini pisləyib.İranda keçirilən yürüşlərdə müxtəlif kütlələr "İsrailə ölüm!", "Ali-Səuda ölüm!" və "ABŞ-a ölüm!" şüarları səsləndirərək sionist rejimin bu həyasız hərəkətləri qarşısında beynəlxalq dairələr və regionda mürtəce ərəb ölkələrinin başçılarının sükutunu pisləyiblər.
İranlı namaz qılanlar həmçinin vəhhabilərin Yəməndə soyqırmı davam etdirməsini pisləyib və buna son qoyulmasını tələb ediblər.
Bu aksiyaların sonunda qətnamələr oxunub. Qətnamələrdə İsrail rejimi başçılarının cinayətləri pislənilib və Fələstinin müqavimətli xalqına dəstək elan olunub.