Okt 16, 2015 20:30 Asia/Baku
  • Zərif: Nüvə anlaşmasının icrasına bazar ertəsi günündən başlanır
    Zərif: Nüvə anlaşmasının icrasına bazar ertəsi günündən başlanır

İslam Şurası Məclisi və Konstitusiyaya Nəzarət Şurasında Əhatəli Müştərək Təşəbbüs Proqramının təsdiqlənməsi ardınca, İran İslam Respublikası xarici işlər naziri deyib: Qanuni cəhətdən bazar ertəsi günündən nüvə anlaşmasının icrasına başlamaq olar.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Məhəmməd Cavad Zərif İslam Şurası Məclisinin İnformasiya Agentliyi ilə müsahibədə İslam Respublikası hökumətinin Əhatəli Müştərək Təşəbbüs Proqramı üçün proqramlaşdırma apardığını bildirərək deyib: İranda nüvə anlaşmasının icrası günü bir çox proseslər, o cümlədən daxili mərhələlərin bitməsinə bağlıdır.
İran xarici işlər naziri əlavə edib: Əlbəttə Xarici İşlər Nazirliyi tərəfindən Ərak Stansiyasının bərpası kimi bir sıra işlər nüvə anlaşmasının icrası üçün həyata keçirilməkdədir.
İran Xarici İşlər Nazirliyinin nüvə anlaşmasında xalqın hüququnun qorunması çərçivəsində diqqətlə və mütəxəssis formada addım atdığını bildirən Zərif əlavə edib: Detallarla əlaqədar işlərin həyata keçirilməsi üzrə səylər ən yaxşı formada davam etməkdədir.

Teqlər