Münhen təhlükəsizlik konfransına hazırlıq iclası Tehranda işə başladı
https://azeri.sahartv.ir/news/İran-i198586-münhen_təhlükəsizlik_konfransına_hazırlıq_iclası_tehranda_işə_başladı
Münhen Təhlükəsizlik Konfransına hazırlıq iclası bu gün Tehranda, İranın Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar və Beynəlxalq Məsələlər üzrə Araşdırmalar İdarəsində işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2015 10:11 Asia/Baku
  • Münhen təhlükəsizlik konfransına hazırlıq iclası Tehranda işə başladı
    Münhen təhlükəsizlik konfransına hazırlıq iclası Tehranda işə başladı

Münhen Təhlükəsizlik Konfransına hazırlıq iclası bu gün Tehranda, İranın Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar və Beynəlxalq Məsələlər üzrə Araşdırmalar İdarəsində işə başlayıb.

İRİB-nin məlumatına görə, İranı əsas mehvər qərar verərək, Suriya, İraq və terrorizm kimi regionun mühüm məsələlərinin araşdırılması Tehran iclasının gündəmində duracaq əsas mövzular olacaqlar.
Almaniya, Livan və Oman xarici işlər nazirləri, İraq Parlamentinin sədri və İraq Kürdüstanı yerli hakimiyyətinin baş naziri, İraq baş nazirinin müavini, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmitd və BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi bu iclasın əsas iştirakçıları sayılırlar.
52 il öncə Almaniyanın Münhen şəhərində, Şərq və Qərb blokları arasındakı soyuq müharibənin ən qızğın çağında təhlükəsizlik mütəxəssislərinin iclasının bünövrəsi qoyuldu.