Okt 18, 2015 11:19 Asia/Baku
  • İraqçı: ABŞ rəsmilərinin açıqlamaları söz oyunudur
    İraqçı: ABŞ rəsmilərinin açıqlamaları söz oyunudur

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini ABŞ rəsmilərinin nüvə anlaşması ilə bağlı son açıqlamalarını söz oyunu adlandırıb.

İRNA-nın məlumatına görə, Abbas İraqçı jurnalistlərə deyib: ötən günlər ərzində ABŞ rəsmiləri tərəfindən səsləndirilən fikirlər sadəcə söz oyunudur. Çünki, İran nüvə anlaşmasından öncə də nüvə silahlarının yayılmasını qadağan edən NPT protokolunun üzvü olaraq, daim öz nüvə təsisatlarına baxışın keçirilməsinə icazə verib.

İraqçı əlavə edib: Nüvə təsisatlarında geri dönüş mümkündür və İranın heç bir nüvə təsisatının fəaliyyəti dayandırılmayıb. Və bu, İran İslam Şurası Məclisi üzvlərinin də istəyi olub və şübhəsiz diqqətə alınacaq.
İran xarici işlər nazirinin müavni 5+1 qrupu ilə müzakirələrdə Suriya ilə bağlı məsləhətləşmələrin aparılması məsələsi barədə də deyib: Bununla bağlı bəzi ideyalar var. Amma, hələ ki, bu xüsusda hansısa yekun qərar yoxdur və bəzi ölkələr bir sıra təkliflər ilə çıxış ediblər ki, müxtəlif cəhətlərdən araşdırılasıdır.

Teqlər