Okt 18, 2015 12:05 Asia/Baku
  • Şəmxani: Müdafiə potensialımızı durdurmayacağıq
    Şəmxani: Müdafiə potensialımızı durdurmayacağıq

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: İran öz müdafiə və önləyicilik qüdrətini heç bir vəchlə durdurmayacaq və təhdidlər təsirsizdir.

İRİB-nin məlumatına görə, kontr-admiral Əli Şəmxani Tehranda keçirilən Münhen Təhlükəsizlik Konfransına hazırlıq iclasının kənarında ABŞ rəsmilərinin raket sınağına görə İranın işinin BMT TŞ-yə qaytarılması barədəki açıqlamaları barədə deyib: İranın raket sınağı 2231 saylı qətnaməyə zidd deyil.

Şəmxani əlavə edib: Bu sözlər daha çox təbliğat xarakteri daşıyır və İran öz müdafiə və önləyicilik qabiliyyətini heç bir təhdid qarşısında durdurmayacaq.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İranın Suriyaya hərbi qüvvə göndərməsi barədə də deyib: Hər dəfə terrorçuların məğlubiyyəti gündəmə gəldikdə, terrorizmi himayə edənlərin nəzəriyyəçiləri terrorçuları himayə üzrə səylərini daha da artırırlar və bu mövzu da bu qaydadan xaric deyil.

Şəmxani əlavə edib: Bu gün bizim məntəqəmiz yəmənlilərin qırğın edilməsindən tutmuş fələstinlilərə qarşı repressiya siyasətinə və terrorçuların regiondakı potensiallarının gücləndirilməsinə kimi müxtəlif məsələlərlə üz üzədir. Və İran İslam Respublikası Rusiya kimi terrorizm ilə mübarizəni ciddi formada öz gündəminə daxil edə bütün ölkələri himayə edir.

Teqlər