İran prezidentinin elmi bazalı iqtisadçı fəalların toplantısında etdiyi çıxışı
Okt 18, 2015 11:04 Asia/Baku
-
İran prezidentinin elmi bazalı iqtisadçı fəalların toplantısında etdiyi çıxışı
İran İslam Respublikası prezidenti deyib: Heç bir ölkə elm və texnologiya olmadan inkişafa nail ola bilməz.
İRİB-nin məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün səhər Tehranda elm əsaslı və yenilikçi iqtisadiyyat fəallarının ilk toplantısında deyib: Bu gün doğru yolla öz məqsədlərinə nail olmaq istəyən hər bir cəmiyyət elm, bilik, texnologiya və inqilab mədəniyyətinə ehtiyaclıdır.Həsən Ruhani elmi bazalı cəmiyyətin elm və alimə qiymət verən və elmə arxalanaraq hərəkət edən bir cəmiyyət olduğunu deyərək, vurğulayıb: İran İslam Respublikası dünyanın hər bir yerində elm və texnologiya ardıncadır.
İran prezidenti elm və texnologiyadan istifadəni milli təhlükəsizlik və diplomatik danışıqlarda önəmli adlandırıb və deyib: İranın nüvə müzakirəçiləri elm və biliyə söykənərək, dünyanın 6 böyük qüdrəti ilə müzakirə apardılar və uğur qazandılar.
Həsən Ruhani həll yolu olaraq müzakirə seçimindən istifadənin İranın BMT nizamnaməsinin 7-ci bəndindən çıxmasına səbəb olduğunu bildirib və deyib: BMT-nin 70 illik tarixində bu ilk dəfədir ki, Təhlükəsizlik Şurasının İranla bağlı BMT nizamnaməsinin 7-ci bəndinə şamil olan 6 qətnaməsi icra edilmədən ləğv olundu və bu böyük uğur yumşaqlıq və anlaşma yolu ilə mümkün oldu.
İran İslam Respublikası prezidenti daha sonra ölkəsinin elm və texnologiya sahəsində bütün ölkələr ilə əməkdaşlıqları genişləndirməyə hazır olduğunu bildirib və deyib: Sanksiyaların ləğv edilməsindən sonrakı dövrdə ixracatın inkişaf etdirilməsi və rəqabət üçün münasib şərait yaranmış olacaq və İran müxtəlif ölkələrdən yeni texnologiyaların gətirilməsi məsələsini ciddi formada izləyəcək.
Teqlər