Zərif-Moqerini bəyanatı
Okt 19, 2015 11:44 Asia/Baku
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi və İran xarici işlər naziri müştərək bir bəyanatda bütün tərəflərin nüvə anlaşmasının tez bir zamanda icrası üzrə öhdəliklərini vurğulayıblar.
IRNA-nın məlumatına görə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin birgə bəyanatının mətnində deyilir: Oktyabrın 19-u, İranın nüvə proqramı barədə nüvə anlaşmasının qəbul olunması günüdür və bu nəticə İran və altılıq ölkələrinin qanunvericilik orqanları tərəfindən nüvə anlaşmasının araşdırılmasının uğurlu təkmilləşməsidir.Bu bəyanata əsasən, anlaşma sənədinin icrası günü bir dönüş nöqtəsi kimi iki tərəfi bu sənədin icrasının başlanmasına daha bir addım yaxınlaşdıracaq və bu, İran ilə altılıq qrupunun nüvə anlaşmasının maddələrinə sadiqlik üzrə kollektiv iradəsinin bəyanedicisidir.
Bəyanatın davamında deyilir ki, İran nüvə sahəsindəki öhdəliklərinin icrasını onların tam şəkildə və təsirli təkmilləşməsi məqsədilə başlayacaq və MAQATE də bu addımların düzgünlüyünü sınama və nəzarət üçün lazımı müqəddimələri həyata keçirəcək.
Bəyantda sonra deyilir: Bazar günü Avropa Birliyi İranın nüvə proqramı ilə bağlı bütün iqtisadi və maliyyə sanksiyalarının götürülməsini qəbul edib və bu qanunlar nüvə anlaşmasının icra olunacağı gündə İran tərəfindən razılaşdırılmış nüvə addımlarının icrası və onun MAQATE tərəfindən sınanması ilə bir zamanda icraya qoyulacaq.
Zərif və Moqerini bu müştərək bəyanatda əlavə ediblər: Amerika da bazar günü nüvə anlaşmasında müəyyən edilmiş konqresin nüvə ilə bağlı sanksiyalarının tətbiqinin dayandırılması üçün addım atacaq və bu addım agentliyin İran tərəfindən razılaşmdırılmış nüvə addımlarının icrasının düzgünlüynü yoxlayandan sonra icra olunacağı gündən icraediləsi olacaqdır.
İranın xarici işlər naziri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi habelə bildiriblər ki, nüvə anlaşmasında müəyyən edilmiş icra göstərişlərinin ləğvi və fəaliyyətlərə icazənin verilməsinə şamil olan sanksiyaların tətbiq olunmasının dayandırılması üçün digər tələb olunan bütün tədbirlərin görülməsi göstərişi veriləcək.
Moqerini-Zərif müştərək bəyanatının davamında deyilir ki, nüvə anlaşmasının icrası üçün daha çox lazımi zəminlərin yaradılması hədəfi ilə bu anlaşmada nəzərdə tutulmuş müştərək komissiya siyasi müdirlər səviyyəsindəki ilk iclasını oktyabrın 19-da keçirəcək.