Okt 19, 2015 20:33 Asia/Baku
  • İranın istilik və soyutma təsisatları sərgisi
    İranın istilik və soyutma təsisatları sərgisi

İranın istilik və soyutma təsisatları sərgisi Yaxın Şərq və Afrikanın şimalı səviyyəsində ən böyük sərgidir və üstün beynəlxalq sərgilərdən sayılır.

Sərgi sənaye sahibləri üçün olduqca dəyərli fürsətlər yaradır ki, öz qabiliyyətləri, məhsulları və nailiyyətlərini geniş səviyyədə təqdim etmiş olsunlar.
İranın istilik və soyutma sistem və təsisatları üzrə Tehran beynəlxalq sərgisi hər il daxili və beynəlxalq sənaye şirkətlərindən böyük bir qrupunun iştirakı ilə keçirilir.
Bu sərginin 14-cü dövrü də 600-dən çox daxili və 30 ölkədən olan xarici şirkətin iştirakı ilə Tehranda Beynəlxalq Sərgilər üzrə Daimi Məkanda keçirilib. Bu sərgi ötən illər ərzində Yaxın Şərqdə ən böyük təsisat hadisəsi kimi daim sənaye sahiblərinin misilsiz rəğbəti ilə üzləşibdir.
Xaricilərin iştirakı keçən il ilə müqayisədə əlli faizdən çox artımdan xəbər verir.
İstilik və soyutma təsisatları sənayesinin olduqca geniş miqyasa malik olmasına görə, ölkədə diqqətəlayiq yerə malikdir. Bu sərgidə iştirak edən xarici şirkətlər müştərək investisiya və istehsal niyyəti ilə gəliblər.

Teqlər