Okt 21, 2015 16:29 Asia/Baku
  • Həzrət Ayətullahülüzma Xamenei
    Həzrət Ayətullahülüzma Xamenei

Rəhbərlik ofisi İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei tərəfindən İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə ünvanlanmış və nüvə anlaşmasının icrası ilə bağlı o həzrətin mühüm tapşırıqlarını ehtiva edən məktubun kamil mətnini yayıb.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İran İslam Respublikası prezidenti və İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri cənab Həsən Ruhaniyə ünvanlanmış məktubda nüvə anlaşması üzrə Hərətərəfli Müştərək Addım Proqramının(HMAP) İslam Şurası Məclisi və Ali Milli Təhlükəsizlik Şurasında dəqiq və məsuliyyətli şəkildə araşdırılmasına, bu anlaşmanın bütün qanuni prosedurlardan keçməsinə işarə edərək, milli mənafe və ölkənin ali məsləhətlərinin nəzərə alınması və qorunması xüsusunda mühüm göstərişlər verib, HMAP-ın icra mərhələsində diqqətə alınması gərəkən 9 bənddən ibarət təkidlər və zərurətləri sadalayaraq, Ali Milli Təhlükəsizlik Şurasının 19.05.1394 tarixli 634 saylı qərarını, bu göstərişlərə əməl edilməsi şərti ilə təsdiq ediblər.

İnqilab Rəhbəri bu məktubda həmçinin bildiriblər:

İranın Atom Enerjisi Təşkilatı HMAP-ın icra mərhələsində müxtəlif zəminlərdə tədqiqat və inkişaf proqramını elə formada aparmalıdır ki, 8 illik dövrün sonunda HMAP-da nəzərdə tutulan zənginləşdirmənin həyata keçirilməsi ilə bağlı hansısa çatışmazlıq mövcud olmamalıdır.

Həmçinin, diqqət göstərilməlidir ki, HMAP-da mövcud olan qaranlıq məqamlarla bağlı qarşı tərəfin təhlilləri məqbul sayılmır və bu xüsusda əsas baza müzakirələrin mətnidir.
ardı var...

Teqlər