Rusiya energetika naziri İranın şəhərsalma naziri ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i198784-rusiya_energetika_naziri_İranın_şəhərsalma_naziri_ilə_görüşüb
Gərmsar-İnçəburun dəmiryolunun elektrikləşdirilməsinə hazırlıq və İranın yol və şəhərsalma layihələrində investisiyanın yatırılmasına Rusiyanın maraq göstərməsi Rusiya energetika nazirinin İranın yol və şəhərsalma naziri ilə görüşündə araşdırılan əsas məsələlər olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2015 10:39 Asia/Baku
  • Rusiya energetika naziri İranın şəhərsalma naziri ilə görüşüb
    Rusiya energetika naziri İranın şəhərsalma naziri ilə görüşüb

Gərmsar-İnçəburun dəmiryolunun elektrikləşdirilməsinə hazırlıq və İranın yol və şəhərsalma layihələrində investisiyanın yatırılmasına Rusiyanın maraq göstərməsi Rusiya energetika nazirinin İranın yol və şəhərsalma naziri ilə görüşündə araşdırılan əsas məsələlər olub.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, infrastruktur layihələr haqda İranın iqtisadiyyat rəsmiləri ilə neçətərəfli görüşlər keçirmək və danışıqlar aparmaq məqsədilə Tehrana səfər etmiş Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak və onu müşayiət edən heyət İranın neft və energetika naziri ilə görüşdən sonra cümə axşamı günü də İranın yol və şəhərsalma naziri ilə görüşüb.
Bu görüşdə iki ölkənin nəqliyyat əlaqələri araşdırılıb və Rusiyanın İranla mövcud əlaqələri və nəqliyyat infrastruktur layihələrində investisiya yatırımı barədə danışıqlar aparılıb.
Abbas Axundinin sözlərinə görə, bu görüşdə 25 milyard dollarlıq nəqliyyat, mənzil və şəhərsalma layihəsi ruslara elan olunub və onlar bu layihələrdə iştirak və vəsait xəttinin yaradılması üçün hazırlıqlarını elan ediblər. 1,2 milyard dollar investisiya ilə Gərmsar-İnçəburun dəmiryolunun elektrikləşdirilməsi məsələsi də irəli sürülüb və müsbət qarşılanıb.
Rusiyanın energetika naziri də İranla müxtəlif sahələrdə əməkdaşlığa ümidvarlıq edərək deyib: Rusiya şirkətləri nəqliyyat, dəmiryol, limanların infrastruktur layihələri, xüsusi təchizatlar və infrastrukturların təmiri üzrə avadanlıqların ixracı layihələrində iştirak etməkdə maraqlıdırlar.
Novak deyib: İran və Rusiyanın əlaqələrində yeni perspektiv açılıb və iki tərəf ticarət və nəqliyyat əlaqələrini genişləndirməkdə maraqlıdırlar.
Novakın sözlərinə görə, İran İslam Respublikası nəqliyyat, mənzil və şəhərsalma sahələrində 25 milyard avro dəyərində investisiya yatırmaq üzrə 121 layihəni bizə təqdim edib. Rusiya şirkətləri bu sahədə İranla əməkdaşlıq etməyə hazırdırlar.