Okt 23, 2015 18:40 Asia/Baku
  • İrana Hüseyn (ə) Tasuası əzəmətli şəkildə keçirilib
    İrana Hüseyn (ə) Tasuası əzəmətli şəkildə keçirilib

İslami İran Hüseyn (ə) tasuası günündə qəm və matəmə bürünüb və İranın mömin və Əhli-Beyt (ə) ardıcılı olan xalqı İmam Hüseyn (ə) və onun vəfalı sirdaşlarının matəmində göz yaşı axıdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, cümə günü Hüseyn (ə) tasuası günü mərasimi şəhidlər sərvəri Həzrət Əba Əbdillahil-Hüseyn (ə) və onun vəfalı 72 silahdaşının əzadarının iştirakı ilə İslami İranın hər bir yerində keçirilib.
İslami İran xalqı Məhərrəm ayının birindən başlanan şəhər və kəndlərin təkyələr, hüseyniyyələr, məscidlər və dini məkanlarında iştirakı özünəməxsusluğu ilə seçilib və Hüseyn əzadarları bu günün xüsusi mərasimini keçirərək Kərbəla şəhidlərinə sevgilərini nümayiş etdiriblər.
Qara paltarın geyinilməsi, nəzirlərin paylanması, Aşura ziyarətinin oxunması, sinə vurmaq, zəncir vurmaq, simvolik qrupların hərəkəti İslami İranda Hüseyn tasuası gününn dini mərasimlərindəndir.
Bu gün cümə 1437-ci hicri qəməri ili məhərrəm ayının 9-u Hüseyn (ə) tasuası gününə təsadüf edir.
Hüseyn (ə) tasuası məhərrəm ayının 9-u böyük qardaşı İmam Hüseynlə (ə) birlikdə dövrün zalımının qarşısında dayanan və son nəfəsinə qədər islam bayrağını dalğalandıran, misilsiz rəşadətlik göstərən Bəni Haşim (ə) ailəsinin böyük şəxsiyyəti Həzrət Əbülfəzlin (ə) uca məqamını yad etmək üçün dəyərli gündür.

Teqlər