Hüseyn (ə) Aşurası gecəsi İnqilab Rəhbərinin iştirakı ilə keçirilib
Okt 24, 2015 09:49 Asia/Baku
-
Hüseyn (ə) Aşurası gecəsi İnqilab Rəhbərinin iştirakı ilə keçirilib
İmam Hüseyn (ə) aşurası gecəsinin əzadarlıq mərasimi İslam İnqilabının Böyük Rəhbəri, bir qrup rəsmi və xalq kütlələrinin iştirakı ilə İmam Xomeyni (rə) hüseyniyyəsində keçirilib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu mərasimdə Höccətülislam vəlmüslimin Ali Allah dininə kömək üçün Həzrət Seyyidüş-şühədanın (ə) dəvəti və çağırışını tarixi dəvət adlandırıb və deyib: Bu dəvətin zahiri kömək istəməkdir. Lakin əslində İmam Hüseyn (ə) əl tutmaq, şəfaət və bəşəriyyətin xilası üçün ona ilahi cazibəlikləri çatdırmaqdır.Höccətülislam vəlmüslimin Ali bu insanı formalaşdıran dəvətin qəbul olunması üçün şəffaf ürək və daxilə malik olmağı zəruri adlandıraraq deyib: Dünya vurğunu olmaq, haqq yolu seçməkdən qaçmaq, Allah dininə kömək etmək üçün şərt qoymaq və Allahın vəlisinin dəvəti qarşısında şəxsi maraqlara üstünlük vermək insanı Həzrət Seyyidüş-Şühədanın (ə) həmişəlik dəvətinin qəbul olunması və onu sevənlərin nurlu çevrəsinə qatılmaqdan saxlayan maneələrdəndir.