Okt 24, 2015 13:24 Asia/Baku
  • 2016-nın sonuna qədər İranın valyuta ehtiyatı 30 mld. artacaq
    2016-nın sonuna qədər İranın valyuta ehtiyatı 30 mld. artacaq

Beynəlxalq Valyuta Fondu İranın valyuta ehtiyatının 2016-cı ilin sonuna qədər 30 milyard dollar artacağını bildirib.

Səhər Beynəlxalq Televiziyasının Təsnim İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondu Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiya iqtisadi perspektivi adlı hesabatında İranı Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiyada valyuta ehtiyatın malik 3-cü ölkə elan edib.
Bu hesabatda İranın valyuta ehtiyatı 2014-cü ilin sonuna qədər 111 milyard dollar elan olunub.
Bu beynəlxalq qurumun hesablamalarına görə, cari ildə İranın valyuta ehtiyatı 18 milyard dollar artıb və ilin sonuna qədər 129 milyard dollar olacaqdır.
Proqnoz olunub ki, İranın valyuta ehtiyatı 2016-cı ilin sonuna qədər artım prosesində olacaq və 2016-nın sonunda bu rəqəm 141 milyard dollara çatacaq.
Buna əsasən 2015 və 2016-cı illərdə İranın valyuta ehtiyatı 30 milyard dollar artıma malik olacaq.

Teqlər