Okt 25, 2015 17:50 Asia/Baku
  • Sanksiya sonrakı dövrdə dünyanın neft şirkətləri üçün İranın yeni şərti
    Sanksiya sonrakı dövrdə dünyanın neft şirkətləri üçün İranın yeni şərti

İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini deyib: İranın yeni neft müqavilələrində xarici şirkətlərin bir iranlı şəriki olmalıdır.

Səhər Beynəlxalq Televiziyasının Mehr İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Əmir Hüseyn Zəmaniniya sanksiyalardan sonrakı dövrdə dünyanın böyük neft şirkətləri ilə əməkdaşlığın yenidən başlanması üçün İranın yeni şərtini açıqlayaraq əlavə edib: İranın Neft Nazirliyininyeni müqavilələrdə şərtlərindən biri budur ki, beynəlxalq şirkətlərin İranın neft sənayesinə daxil olmaq üçün bir iranlı şəriki olmalıdır. Belə ki, xarici investisiyanın kənarında İran şirkətlərinin potensiallaşdırılması formalaşsın.
Zəmaniniya bu şərtdə məqsədi bilik və texnologiyanın İrana nəql olunması adlandırıb və bildirib: İndiyə qədər Avstriya, İtaliya, Almaniya, Fransa, İspaniya və İngiltərə şirkətləri müzakirə üçün İrana nümayəndə göndərmişlər. Çünki İranın neft sənayesində investisiya yatırmaq istiqamətində bu şirkətlər üçün yaxşı fürsətlər vardır.
İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini əlavə edib: Nüvə anlaşmasının icra olunması ilə gələn iki ay ərzində İran və xarici ölkələrin şirkətləri əməkdaşlıq üçün addım ata və müqavilələrini yekunlaşdıra bilərlər.

Teqlər