Ayətullah Nimrin edamı Ərəbistanda böhran yaradacaq
https://azeri.sahartv.ir/news/İran-i198921-ayətullah_nimrin_edamı_Ərəbistanda_böhran_yaradacaq
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Tanınmış ərəbistanlı ruhani Ayətullah Nimrin edam edilməsi bu ölkənin şiə sakinli məntəqələrində yeni böhran və gərginlik dalğasına səbəb olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2015 10:40 Asia/Baku
  • Ayətullah Nimrin edamı Ərəbistanda böhran yaradacaq
    Ayətullah Nimrin edamı Ərəbistanda böhran yaradacaq

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Tanınmış ərəbistanlı ruhani Ayətullah Nimrin edam edilməsi bu ölkənin şiə sakinli məntəqələrində yeni böhran və gərginlik dalğasına səbəb olacaq.

Əlaəddin Brucerdi deyib: Əgər Ayətullah Nimrin edam edilməsi məsələsi ciddiləşərsə və onun edamı ilə din alimlərinə qarşı hörmətsizlik edilərsə Ərəbistanın şiə sakinli məntəqələrində yeni böhran və gərginlik dalğası baş qaldırmış olacaq. Şübhəsiz bu Ərəbistan dövlətinin xeyrinə olmayacaq.
Ərəbistanın Ali Məhkəməsi Şeyx Nimir Baqir əl-Nimr barədə ilk instansiya məhkəməsinin çıxartdığı edam hökmünü təsdiq edərək, imzalanması və icraya qoyulması üçün Ərəbistan kralına göndərib.