İran Ümumdünya Parlamentlərarası İttifaqın İcraiyyə Komitəsinin üzvü olub
Okt 27, 2015 12:53 Asia/Baku
İran Parlamentlərarası Qrupun İcra Şurasının sədri deyib ki, İran İslam Respublikası əlli ildən sonra Ümumdünya Parlamentlərarası İttifaqın İcraiyyə Komitəsinin üzvü olub.
İran İslam Şurası Məclisinin xəbər agentliyinin məlumatına görə, İran Parlamentlərarası Qrupun İcra Şurasının sədri Seyid Həmidreza Dəstğeyb çərşənbə axşamı günü müxbirlər qarşısında əlavə edib: İranın Ümumdünya Parlamentlərarası İttifaqın İcraiyyə Komitəsinin üzvü olması beynəlxalq anlaşmalarda imkanların yaranmasına səbəb olacaq və İran İslam Respublikasının bu birlikdə daha artıq təsiredici olması üçün lazımi tədbirlər görülməlidir.Dəsğeyb Ümumdünya Parlamentlərarası İttifaqın İcraiyyə Komitəsinin önəmi və roluna işarə edərək, deyib: Bu komitə parlamentlərarası şuranın fəaliyyətinə nəzarət vəzifəsi daşıyır, həmçinin bu ittifaqın katibliyinin bütün nəzarəti də bu komitənin üzərinə düşür və əslində Ümumdünya Parlamentlərarası İttifaqdakı qərarların istiqamətləndirilməsi, eləcə də siyasət və strategiya sahələrində məsuliyyət daşıyır.
İran İslam Şurası Məclisinin üzvü əlavə edib: İcraiyyə komitəsinin üzvləri müxtəlif ölkələrdən olan və dörd il üçün seçilən on beş nəfərdən ibarətdir ki, İranın bu komitədə üzvlüyü 2019-cu iln oktyabr ayınadək təyin olunub və bu məsələ İran İslam Şurası Məclisi üçün bir iftixardır.