Okt 28, 2015 18:56 Asia/Baku
  • Braziliyanın inkişaf, sənaye və ticarət naziri İranın energetika naziri ilə görüşüb
    Braziliyanın inkişaf, sənaye və ticarət naziri İranın energetika naziri ilə görüşüb

İranın energetika naziri Braziliyanın inkişaf, sənaye və ticarət naziri ilə görüşdə İranın Braziliyaya böyük qaz turbinlərinin ixracına hazır olduğunu bildirib.

Latın Amerikasında ən böyük iqtisadiyyata malik olan Braziliya Federal Respublikası ərazi və əhali baxımından dünyanın beşinci böyük ölkəsi sayılır.
Səksən milyon nəfərlik İran bazarı və bu ölkənin strateji mövqeyi Vyana razılaşmasından sonra br çox ölkənin rəsmilərinin iqtisadi əlaqələr qurmaq üçün İrana səfər etmələrinə səbəb olub. Avropalıların İrana daxil olmaları dalğasından sonra bu dəfə Cənubi Amerika ölkələri İran bazarında iştiraka maraq göstərirlər.
Bir ticarət heyəti ilə İrana daxil olmuş Braziliyanın inkişaf, sənaye və ticarət naziri İranın xarici işlər, sənaye, mədən və iqtisadiyyat nazirləri ilə görüşlərdən sonra İranın energetika naziri ilə görüşüb.
Çitçiyan İran ilə Braziliyanın bir-birini tamamlaya biləcək imkanlara malik olduqlarını qeyd edərək, deyib ki, İran böyük qaz turbinləri istehsalı imkanına malik olan dünyanın altı ölkəsindən biridir və Braziliyada elektrik stansiyaları layihələri üçün böyük qaz turbinlərinin təmin edilməsinə hazırdır.
Görüşdə Armando Monteiro da İranda olmasından məmnunluq ifadə edərək, deyib: Elektrik stansiyalarının yanacaqlarının davamlılığı və təhlükəsizliyinə görə, İranın təklif etdiyi qaz elektrik stansiyalarından istifadə etmək əzmindəyik. O, əlavə edib: Braziliyada bəzi məntəqələr su problemi ilə üzləşir və bu məntəqələrdə su ötürülməsi şəbəkələri və su bəndləri layihələri həyata keçirilməlidir və ümid edirik ki, iranlı şirkətlər müştərək elektrik və su layihələrində Braziliya ilə əməkdaşlıq edəcəklər.
Braziliyanın inkişaf, sənaye və ticarət naziri iki ölkə hədəflərinin reallaşması üçün təklif edib ki, iki ölkədən nümayəndələrin təqdim olunması ilə müştərək həmkarlıqlar tez bir zamanda icra forması alsın.

Teqlər