İran Əhməd Şəhidin yeni hesabatına reaksiya verib
Okt 29, 2015 12:10 Asia/Baku
İran İslam Respublikasının BMT-dəki nümayəndəliyinin eksperti BMT İnsan Haqları Şurasının İran məsələləri üzrə xüsusi məruzəçisinin təyin olunmasını sırf siyasi xarakterli addım adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Furuzəndə Vədiəti çərşənbə günü BMT İnsan Haqları Şurasının İran məsələləri üzrə xüsusi məruzəçisi Əhməd Şəhidin hesabatına reaksiyada deyib: Əhməd Şəhid İran İslam Respublikasının narkotik maddələrin qaçaqçılığı ilə beynəlxalq səviyyədə mübarizəsini görməməzliyə vurub və bu cinayət üzrə cinayətkarların cəzalandırılmasını tənqid edib.Vədiəti əlavə edib: İndiyə qədər narkotik maddələrin qaçaqçılığı ilə mübarizə yolunda İranın hüquq-mühafizə əməkdaşlarından minlərlə nəfər şəhid olub və çoxlu sayda əməkdaş da yaralanıb.
İranın BMT-dəki nümayəndəliyinin eksperti bildirib: İnsan haqları iddiasında olan bəzi ölkələrin İranla sifarişli və siyasai xarakterli davranışı və onların regionun digər ölkələrinin vəziyyətinə etinasızlığı Yaxın Şərq regionunda radikallıq və təkfirçi təfəkkürünün genişlənməsinin əsas səbəbidir.
BMT İnsan Haqları Şurasının İran məsələləri üzrə xüsusi məruzəçisi Əhməd Şəhid çərşənbə günü öz yeni hesabatında İranın insan haqları üzrə tənqidlər qarşısında cavabdeh olmasını alqışlayıb. Lakin eyni zamanda bildirib ki, İranda insan haqlarının pozulması barədə nigaranlıqlar qalmaqdadır.