Suriya vətəndaşlarının qırğınına dərhal son qoyulmalıdır
Okt 30, 2015 14:29 Asia/Baku
Tehranın cümə namazının bu həftəki xətibi Suriyanın günahsız vətəndaşlarının qırğın edilməsinin dərhal dayandırılması üçün Vyana iclasında konstruktiv həll yolunun tapılmasının vacibliyini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani cümə namazı xütbələrində Suriya böhranına araşdırılması üzrə Vyanada bəzi ölkələrin xarici işlər nazirlərinin iclasına toxunaraq deyib: Suriyadakı terror qruplaşmalarının cinayətləri dərhal dayandırılmalıdır.Tehranın bu həftəki cümə namazı xətibi əlavə edib: Bu məqsədin reallaşması üçün bəzi ölkələrin terror qruplaşmalarına maliyyə və lojistik dəstəklərinə mane olmaq lazımdır.
Ayətullah Müvəhhidi Kirmani həmçinin Suriya xalqını bu ölkənin gələcəyi və taleyi üçün yeganə qərar çıxaran tərəf adlandırıb və bildirib: Suriya vətəndaşları azad seçkilərdə Bəşşar Əsədi prezident seçiblər və onların bu tələbinə hörmətlə yanaşmaq lazımdır.
Tehranın cümə namazının bu həftəki xətibi Əhatəli Müştərək Təşəbbüs Proqramından sonra ABŞ prezidentinin İrana qarşı hərbi təhdidlərini təkrarlamasından təəccüblənərək amerikalılara tövsiyə edib ki, İran xalqını hərbi seçimlə qorxutmayın və əgər bir gün belə böyük yanlışlığa yol verərsəniz, sizi mənfi nəticələr və peşmançılıqların gözlədiyini bilin.
Tehranın cümə namazının xətibi İslam İnqilabının Böyük Rəhbərinin Əhatəli Müştərək Təşəbbüs Proqramı barədəki məktubuna toxunaraq deyib: İnqilab Rəhbərinin Əhatəli Müştərək Təşəbbüs Proqramı üzrə qeyd etdiyi şərtlər heç bir əskiklik olmadan tətbiq olunmalıdır. Çünki xalqın qənaətincə, Əhatəli Müştərək Təşəbbüs Proqramı bu şərtlərlə rəsmiləşəcəkdir.
Ayətullah Müvəhhidi Kirmani təcrübələrə əsasən ABŞ-ın öhdəliyə sadiq qalmaması və hiyləgərliyinin hamıya tamamilə aydın olduğunu bildirərək deyib: Əgər ABŞ Əhatəli Müştərək Təşəbbüs Proqramı üzrə öz öhdəliklərini yerinə yetirməzsə, İran İslam Respublikası onu anlaşmanın pozulması hesab edəcək və qarşılıqlı olaraq öz öhdəliklərini yerinə yetirməyi dayandıracaq.
Tehranın bu həftəki cümə namazının xətibi həmçinin ərəbistanlı şiə ruhani Şeyx Nimr Baqir əl-Nimrə qarşı edam qərarının təsdiqlənməsini Ali-Səud rejiminin böyük yanlışlıqlarından biri adlandırıb və Ərəbistan başçılarına xitabən deyib: Bu böyük ruhaninin edamının mənfi nəticələri onlar üçün çox baha başa gələcək və bu hökuməti daha artıq məhvə doğru yaxınlaşdıracaqdır.
Tehranın bu həftəki cümə namazının xətibi sonda Tunis xalqının sionist məhsullarını boykot etməklə sionist rejimə olan nifrətinə toxunaraq deyib: Tunis xalqının bu addımı şücaətli addımdır və alqışalayiqdir.