Okt 31, 2015 08:38 Asia/Baku
  • Zərif: Nüvə anlaşmasının icrası haqda Vyana danışıqları yaxşı irəliləyişə malik olub
    Zərif: Nüvə anlaşmasının icrası haqda Vyana danışıqları yaxşı irəliləyişə malik olub

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Vyanada Suriya sülh müzakirələrinin kənarında 5+1 qrupu ilə keçirilmiş nüvə anlaşmasının icrası haqdakı danışıqlar səmərəli oldu.

IRNA-nın məlumatına görə, Zərif Vyanada Suriya sülh iclasından sonra müxbirlər qarşısında bildirib ki, İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri bu iki gündə edilmiş bəhslərin bir çoxunun əsasını təşkil edib. O, qeyd edib ki, qarşı tərəfin öhdəliklərinin icrasının sürətləndirilməsi barədə altılıq qrupu, xüsusən amerikalılarla bir çox bəhslər apardıq və biz nüvə anlaşmasının müxtəlif sahələrindəki öhdəliklərin yerinə yetirilməsindən əminlik əldə etmək istəyirdik.
Zərif əlavə edib ki, məsələlərdən biri, Ərak məsələsidir. Bu sahədə ətraflı bəhs etdik, o sıradan qarşı tərəfin Ərak kompleksinin yenidən qurulması üzrə öhdəlikləri barədə yaxşı irəliləyişə malik olduq.
Zərif deyib: Bizim ticarət şəriklərimizə onların İranla ticarətlərinə maneçiliyin edilməyəcəyinə zəmanətin verilməsi üçün amerikalıların atacaqları addımlar haqda yaxşı razılıqlar əldə olundu və onların üzərində daha artıq iş görülməsi qərara alındı.
İranın xarici işlər naziri deyib: Ümid edirik ki, cümə axşamı və cümə günü keçirdiyimiz iclaslar nüvə anlaşmasının icra prosesinə kömək edəcək.

Teqlər