Okt 31, 2015 17:12 Asia/Baku
  • İran ABŞ və sionist rejimin mənfi hərəkətlərinə cavab verməyə hazırdır
    İran ABŞ və sionist rejimin mənfi hərəkətlərinə cavab verməyə hazırdır

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri deyib: İran İslam Respublikası Silahlı Qüvvələri öz müdafiə doktrinasına əsasən ABŞ və sionist rejimin məkrli hərəkətlərinə cavab verməyə hazırdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan ABŞ müdafiə naziri və sionist rejimin müharibə nazirinin son açıqlamalarına reaksiyada bildirib: İran İslam Respublikası öz müdafiə doktrinasına əsasən təhdidlərdən yaranan müdafiə sektoruu və bütün sahələrdə müqavimət cərəyanı dəstəkləmək üçün öz müdafiə gücünü artırır və İran Silahlı Qüvvələri həmişə ABŞ və sionist rejimin məkrli hərəkətlərinə cavab verməyə hazır olub və olacaqlar.
General-mayor Dehqan əlavə edib: İsrail və ABŞ-ın cinayətkar, insan qatili və təcavüzkar siması bütün dünya xalqlarına aydın olub və xalqlar bu iki rejimi avantürist, təcavüzkar, qaniçən sayın və insan haqlarına qarşı hesab edirlər. Çünki hər gün özlərinin öz dilləri ilə bu sifətləri sübut etməyə ehtiyacları yoxdur.
İranın müdafiə naziri Livan Hizbullahı və Həmas hərəkatının işğalçı qüvvələr qarşısında müqavimətinə toxunaraq əlavə edib: Somali kimi hətta kiçik və imkansız xaqlar da Livan Hizbullahı və işğal olunmuş ərazilərdə Həmas Hərəkatı ABŞ, İsrail və müttəfiqlərinə məğlubiyyəti, təhqiri dadızdırmışlar.
İranın müdafiə naziri bildirib: İranın güclü xalqı ABŞ və saxta İsrail rejimi qarşısında bu təhdid xarakterli sözlərini onların zəifliyi və acizliyinin nişanəsi hesab edir və eyni zamanda təcavüzkarlara unudulmayacaq dərsi verməyə hazırdır.

Teqlər