Ruhani: Prinsiplərdən geri çəkilmə diplomatiya aparatında yolverilməzdir
Noy 02, 2015 15:22 Asia/Baku
-
Ruhani: Prinsiplərdən geri çəkilmə diplomatiya aparatında yolverilməzdir
İran prezidenti deyib ki, nüvə anlaşması İran xalqının böyük siyasi qələbəsi və problemlərin həlli üçün beynəlxalq meyardır.
İran İslam Respublikasının Prezident Adiminstrasiyasının informasiya portalının məlumatına görə, İran prezidenti Həsən Ruhani bazar ertəsi günü İranın ölkə xaricində olan nümayəndəlikləri və ofislərinin sədrləri, eləcə də səfirlərinin toplantısında prinsiplərdən geri çəkilmənin diplomatiya aparatında yolverilməz olduğunu vurğulayaraq, əlavə edib ki, dünyanın iranlı diplomatlara hörməti İran xalqının əzəmətinə hörmətdir.Ruhani müqəddəs İran İslam Respublikası quruluşunun hədəflərinin reallaşması üçün xalqın nümayəndələri kimi səfirlərin rolunu son dərəcə təsirli adlandırb və bildirib ki, İranın Xarici İşlər Nazirliyi özünün sayıqcasına fəaliyyətini davam etdirib, prinsipləri qoruyaraq, dünya ilə daha yaxşı əlaqələr üçün yolu daha çox açmalı və məntiq və dəlillə dünyada İran İslam Respublikasının əsl simasını təqdim etməlidir.
İranın on birinci dövlətinin başçısı İranın Xarici İşlər Nazirliyini milli qüdrət, məntiq və istiqlaliyyətin parlaq təzahürü adlandırıb və deyib: Bu nazirliyin işçiləri hər nə qədər təcrübəli, onların təşkilatlandırılması sayıqcasına və proqramlaşdırmalar quruluşun hədəfləri və dünya gerçəklikləri, eləcə də nitq və rəftarın ümumi fikrə təsirediclik tərzi əsasında olarsa, hədəflərə daha yaxşı nail olmaq olar.
İran prezidenti bildirib ki, siyasi qüdrət dünya ilə səmərəli anlaşmada özünü dünya xalqlarına göstərir. O, vurğulayıb ki, yalnız uduş-uduş anlaşması nəticə verəcək, amma bu anlaşmada çərçivələr və prinsipləri qorumaq gərəkdir və başıucalıq, milli və dini mahiyyət və prinsiplərdən güzəştə gedilməməlidir.
İranın qanunvericilik hakiimiyyətinin sədri həmçinin nüvə anlaşmasından sonrakı şəraitdə və nüvə anlaşmasının gələcəyində iqtisadi bəhrələnməyə toxunaraq, xarici investorların İranda iştirak şərtini iranlı texnoloqlar üçün daha böyük xarici bazarın yaradılması, iştirak və texnologiyanın ötürülməsi adlandırıb və belə deyib: Bu gün İranın əmtəə mal və xidmətlər üzrə istehsal qüdrəti elədir ki, digər ölkələrə məhsul ixrac etmək olar.
Teqlər