Ruhani: 13 aban İranın istiqlaliyyəti və zalım qüvvələrlə mübarizənin mənbəyidir
https://azeri.sahartv.ir/news/İran-i199217-ruhani_13_aban_İranın_istiqlaliyyəti_və_zalım_qüvvələrlə_mübarizənin_mənbəyidir
İran prezidenti Həsən Ruhani on üç abanı İslam İnqilabı qələbəsi prosesində formalaşdırıcı və təsiredici adlandırıb və deyib ki, on üç aban İranın istiqlaliyyəti və zalım qüvvələrlə mübarizənin mənbəyidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2015 06:01 Asia/Baku
  • Ruhani: 13 aban İranın istiqlaliyyəti və zalım qüvvələrlə mübarizənin mənbəyidir
    Ruhani: 13 aban İranın istiqlaliyyəti və zalım qüvvələrlə mübarizənin mənbəyidir

İran prezidenti Həsən Ruhani on üç abanı İslam İnqilabı qələbəsi prosesində formalaşdırıcı və təsiredici adlandırıb və deyib ki, on üç aban İranın istiqlaliyyəti və zalım qüvvələrlə mübarizənin mənbəyidir.

IRIB-nin məlumatına görə, çərşənbə axşamı günü gecə Ali Mədəniyyət İnqilabının iclasında çıxış edən Ruhani əlavə edib: On üç aban əslində İranın tarixi prosesində dəyişikliklər mənbəyidir ki, İranın istiqlaliyyəti və İslam İnqilabının zalım qüvvələrlə mübarizəsinin əsaslarını formalaşdırdı.
İranın Ali Mədəniyyət İnqilabı Şurasının sədri, Həzrət İmam Xomeyni(r.ə)-in günəş təqvimi ilə 1343-cü il aban ayının on üçündə sürgün edilməsinin inqilab hərəkatının birinci, həmin təqvimlə 1357-ci il abanın on üçündə çoxlu sayda İran gəncinin müstəbid şah rejimi tərəfindən qırğın olunmasının ikinci dövrü olmasına toxunaraq, deyib: Məktəbli və tələbələr hadisələr və İslam İnqilabının nailiyyətlərinin qorunması gedişində, xüsusən müqəddəs müdafiə dövründə təyinedici rola malik olublar.
13 aban, başqa sözlə, 1979-cu il noyabrın dördü Amerikanın Tehrandakı casusluq yuvasının İmam(r.ə)-in yolunun davamçısı olan tələbələr vasitəsilə ələ keçirilməsi və dünyanın zalım qüvvələri ilə mübarizə günüdür.