Tehran və Moskva beynəlxalq səhnədə əməkdaşlıqları genişləndirir
Noy 05, 2015 07:02 Asia/Baku
-
Tehran və Moskva beynəlxalq səhnədə əməkdaşlıqları genişləndirir
İranın ədliyyə naziri beynəlxalq səhnədə, xüsusilə də region məsələlərində İran və Rusiyanın əməkdaşlıqları və səylərini səmərəli adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Korrupsiya ilə Beynəlxalq Mübarizə Konvensiyasının 8-ci iclasında iştirak etmək üçün Rusiyada səfərdə olan İranın ədliyyə naziri Mustafa Purməhəmmədi bildirib: İran və Rusiyanın şəffaf baxışları və mövqeləri iki ölkənin ikitərəfli əməkdaşlıqlarının genişlənməsinə zəmin yaratmışdır.İran və Rusiyanın müxtəlif sahələrdə öz əlaqələrini genişləndirdiyini vurğulayan Purməhəmədi əlavə edib: Müxtəlif təcrübələrə əsasən iki ölkə bu nəticəyə çatıblar ki, müxtəlif sahələrdə öz ehtiyaclarının çoxunu aradan qaldıra bilərlər.
İranın ədliyyə naziri həmçinin Rusiyanın Müftilər Şurasının rəhbəri Şeyx Ravil Eynəddinlə müzakirələri barədə deyib: Rusiyanın ali müftisi terrorizmlə mübarizənin vacibliyi barədə çox yaxşı mövqeyə malikdir. Tehran və Moskvanın yaxşı əlaqələrini nəzərə alaraq bu sahədə ikitərəfli əməkdaşlıqların artırılmasına kömək edə bilər.
Purməhəmmədinin sözlərinə görə, İran və Rusiya müsəlmanlarının da aktiv rola malik olduqları islam dünyasının bugünkü vacib məsələsi islam ümmətinin birliyidir və Tehran da bu birliyin praktiki olması üçün çalışır.
Bazar ertəsi günü Moskvada başlanan Korrupsiya ilə Mübarizə Beynəlxalq Konvensiyasının bir həftəlik iclasında müxtəlif ölkələrdən 170 heyət bu konvensiyanın üzvlərinin öhdəlikləri qarşısında funksiyası, yeni qanunlara ehtiyacın duyulması, ikitərəfli, neçə tərəfli və regional müstəvidə korrupsiyaya qarşı əməkdaşlıqların gücləndirilməsi, korrusiya ilə mübarizənin yol xəritəsi və həmçinin korrupsiyanın genişlənməsinin qarşısını almaq üçün proqramın tənzimlənməsini araşdırıblar.
Teqlər