Ayətullah İmami Kaşani: Ali-Səud hakimləri ABŞ və "İsrail"in nökəridir
Noy 06, 2015 15:10 Asia/Baku
Tehranın bu həftəki cümə namazının xətibi ümidvarlıq edib ki, İranın nüvə müzakirə komandası indiyə qədər göstərdiyi mətanətlə Əhatəli Müştərək Təşəbbüs Proqramını icra edəcək.
Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Məhəmməd İmami Kaşani İslam İnqilabının Böyük Rəhbərinin İran prezidentinə ünvanladığı məktubda qeyd olunan 9 şərti xatırladaraq deyib: İranın Ali Milli Təhlükəsizlik Şurası və İslam Şurası Məclisində Əhatəli Müştərək Təşəbbüs Proqramı araşdırıldıqdan sonra İslam İnqilabının Böyük Rəhbəri onun dəqiq icrasını vurğuladılar.Düşmənin İslami İrana nüfuzunun qarşısının alınmasının vacibliyini vurğulayan Ayətullah İmami Kaşani əlavə edib: İqtisadiyyat, əxlaq və siyasətin hasarı olmalıdır və ölkənin inkişafının əsas həll yolu Müqavimət İqtisadiyyatıdır.
Ayətullah İmami Kaşani həmçinin İranın Suriya barədə Vyana müzakirələrinə dəvət olunmasını İslami İranın əzəmətinin göstəricisi adlandırıb.
Tehranın bu həftəki cümə namazının xətibi Ali-Səud hakimlərini ABŞ və sionist İsrailin nökəri adlandırıb və deyib: Ali-Səud hakimləri özlərini İki Ocağın xidmətçisi adlandırmalarına baxmayaraq, Yəməndə qoca, uşaq və cavanı al-qana boyayırlar.
Tehranın cümə namazı xətibi Beynəlxalq İmperializmlə Mübarizə Milli Günündə şagird və tələbələrin yürüşünü Tağut dövründə şagird və tələbələrin fəryadını xatırlatdığını bəyan edərək deyib: "ABŞ-a ölüm!" şüarı həmin hərəkətləri əks etdirir.