Ruhani İran və Koreyanın sülhün inkişafında həmkarlıq üzrə böyük imkanlarını vurğulayıb
Noy 08, 2015 04:54 Asia/Baku
-
Ruhani İran və Koreyanın sülhün inkişafında həmkarlıq üzrə böyük imkanlarını vurğulayıb
İran prezidenti İran və Cənubi Koreyanın region və dünyada sülhün inkişafında həmkarlıq üzrə böyük imkanlarını vurğulayıb.
IRNA-nın məlumatına görə, Həsən Ruhani şənbə günü Tehranda Cənubi Koreyanın xarici işlər naziri Yan Biyun Se ilə görüşdə deyib: İki ölkə zülm altında olan məzlum insanlara yardım, eləcə də Yaxın Şərqdə və Şərqi Asiyada sülh və sabitliyin inkişafı sahəsində həmkarlıq və qarşılıqlı təfəkkürə malik ola bilər.İran prezidenti söyləyib: Hazırda iki dost ölkə kimi İran-Koreya əməkdaşlıqlarının genişlənməsi üçün daha münasib atmosfer yaranıbdır ki, bu atmosferdən iki xalqın tərəqqisi üçün ən yaxşı tərzdə bəhrələnmək lazımdır.
Ruhani ümidvarlıq edib ki, koreyalı şirkətlər İran bazarında daha fəal iştirak üçün səy göstərəcək və öz əlaqələr səviyyəsini xüsusən özəl sektorda daha da yüksəldəcəklər.
Cənubi Koreyanın xarici işlər naziri Yan Biyun Se də ölkəsinin iqtisadi sahə daxil olmaqla bütün sahələrdə İranla həmkarlığını genişləndirməyə maraqlı olduğunu bildirərək, deyib ki, böyük koreyalı şirkətlər səbirsizliklə sanksiyaların ləğvini və İran bazarında geniş iştirakı gözləyirlər.
Cənubi Koreyanın xarici işlər naziri əlavə edib: Şübhəsiz, gələcəkdə İran və Cənubi Koreyanın rəsmiləri arasında bir çox gediş-gəlişlər həyata keçiriləcək və Cənubi Koreyanın iqtisadi fəal və mərkəzləri İrana doğru axışacaqlar.
Teqlər