Noy 08, 2015 11:49 Asia/Baku
  • Əli Şəmxani
    Əli Şəmxani

İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurasının katibi İranın birinci telekanalının canlı verililşində Tehranın nüvə müzakirələrində və nüvə anlaşmasının icrasındakı strategiyasını sayıqcasına strategiya adlandırıb.

Əli Şəmxani deyib: İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşması, onun icra şəraiti, nüvə anlaşmasında addımların tərəqqisi və gecikməsi barədə tarixi məktubu əslində nüvə anlaşmasının sayıqcasına icrasıdır və biz bu gün bu seçimə daxil olmuşuq:
"İran özü üçün bu haqqı nəzərdə tutacaq ki, qarşı tərəfin nüvə anlaşmasının pozulmasındakı hərəkətinin önəminin miqdarından asılı olaraq, ciddi və ya etirazlı qərar çıxarsın."
İranın Milli Təhlükəsizlik Ali Şurasının yüksək vəzifəli rəsmisi əlavə edib: Əlbəttə, nüvə anlaşmasının icrası Atom Enerjisi üzrə Beynəlxlq Agentliyin Direktorlar Şurasında İran işinin bağlanmasından sonra həyata keçiriləcək. Fəaliyyətdə olan sentrifuqalar yığışdırılmayıbdır.
Şəmxani "Nə üçün Dəməşq və Suriyada döyüşməliyik?" sualının cavabında deyib: Biz orada döyüşmürük, biz orada məsləhət veririk:
"Bizim Suriyadakı iştirakımız məsləhət formasındadır. Şiə hilalı və İranofobiya layihəsinin başlanması buna görə idi ki, İran regionda istiqlaliyyət, təhlükəsizlik və sabitlik səngəri kimi dəyişikliyə uğrasın; lakin İran əlini əlinin üstünə qoymacaq ki, onun üçün qərar çıxarsınlar.
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: Amerikalılar Suriyada vuruşmurlar, təyyarələri İŞİD-ə qarşı işlədilmir. Amma Bəşşar Əsəd hökumətinin dəyişdirilməsini istəyirlər, yəni pay istəyirlər.
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi nüvə anlaşmasından sonra qonşular və dostlar ilə əlaqələr barədə deyib: Bizim xarici siyasətdə prioritetimiz qonşularla əlaqələrin genişlənməsidir:
"Region ölkələrinin iqtisadi inkişafını öz iqtisadi inkişafımız bilirik və nüvə anlaşması atmosferi bizim qonşu ölkələrlə əlaqələrimizin sıçrayışının sürətləndirilməsi istiqamətində olacaq bir amil olmalıdır".

Teqlər