Ruhani 21-ci mətbuat sərgisinin açılışında çıxış edib
https://azeri.sahartv.ir/news/İran-i199388-ruhani_21_ci_mətbuat_sərgisinin_açılışında_çıxış_edib
İran prezidenti deyib: Şübhəsiz, inkişafa daxil olma yolu, mediadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2015 13:31 Asia/Baku
  • Ruhani 21-ci mətbuat sərgisinin açılışında çıxış edib
    Ruhani 21-ci mətbuat sərgisinin açılışında çıxış edib

İran prezidenti deyib: Şübhəsiz, inkişafa daxil olma yolu, mediadır.

Həsən Ruhani Tehran mosəllasında 21-ci mətbuat və xəbər agentlikləri sərgisinin rəsmi açılış mərasimində şəffaf və aydın mətbuat sisteminə malik olma vacibliyini vurğulayaraq, əlavə edib: Əgər qanun aydın olarsa, hər gün bir qrup bir söz və bir cümlə əldə etməklə mətbuat azadlığı ilə oynaya bilməz.
Ruhani bütün medianın qanun qarşısında eyni olmasını vurğulayaraq, deyib: Əgər İranda belə bir şərait hakim kəsilərsə, məhz o zaman ictimaiyyətin agahlığı üçün təfəkkürdən daha yaxşı bəhrələnmək olar.
İran Milli Təhlükəsizlik Ali Şurasının sədri deyib: İran xalqı nəinki nüvə enerjisində öz haqqını təsbit edib ki, zənginləşdirmə aparsın, o, həm də bu gün "sarı tort"u UF6 qazına çevirə, uranı 4,5 və 5 faiz səviyyəsinə çatdıra, həmçinin bu sahədə ticarəti əldə edə bilər.
Ruhani bildirib ki, qarşıdakı həftələrdən İran UF6 qazını satacaq və "sarı tort" alacaq, yəni nüvə ticarəti bazarına daxil olacaq.
İran prezidenti söyləyib: İranın nüvə təsisatlarında nəinki sentrifuqa fırlanır, həm də ondan daha moderni də fəaliyyət göstərəcək və nüvə anlaşması icra olunan kimi, elə birinci gündən UF6 qazı ilk dəfə olaraq, modern IR-8 sentrifuqasına aşılanacaq və IR-8 ilə zənginləşdirmə sınaq həddində başlanacaq.
İranın on birinci dövlətin başçısı əlavə edib: İran nəinki BMT Təhlükəsizlik Şurasının zalımcasına altılı qətnamələrini ləğv etdi, həm də 2231 saylı yeni qətnamədə İranın uran zənginləşdirmək haqqı rəsmən tanındı, halbuki heç bir qətnamədə bir ölkənin nüvə zənginləşdirmə haqqı rəsmən elan olunmayıbdır.