Nüvə anlaşması ardınca turistlərin İrana doğru yeni dalğası
Noy 09, 2015 10:02 Asia/Baku
Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasından sonra İran turist axınının şahidi olacaq.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, BBC telekanalı bildirib: Turizm sənayesi milyardlarla dollar gəlir gətirən sənayedir və İranda müxtəlif səbəblərə görə 3 dekadadan çoxdur ki, görməməzliyə vurulub. Lakin hazırda vəziyyət dəyişib. İran xarici turistlər üçün cazibəlidir və bu ölkə rəsmiləri bu cazibəliyi bilirlər.BBC əlavə edir: İranın Turizm və Mədəni İrs Təşkilatının sədri Məsud Sultanifər deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasından sonra İran turist axınının şahidi olacaq.
İranın turizm sənayesi ötən iki il ərzində ildə 12% inkişaf edib. İran ümid edir ki, sanksiyalar ləğv olunduqdan sonra bu sənaye hər bir sənayedən daha çox inkişaf edəcək və gəlir gətirəcək. 2014-cü ildə 5 milyon xarici turist İrana gedib. Onların yarısı şiə zəvvardır. İranın bu turistlərdən gəliri 7,5 milyard dollar olub.