Noy 09, 2015 17:09 Asia/Baku
  • İran Avropanın iqtisadi əlaqələrinin qaydaya salınması üzrə bir mərkəz ola bilər
    İran Avropanın iqtisadi əlaqələrinin qaydaya salınması üzrə bir mərkəz ola bilər

İran prezidenti deyib ki, İran Belçika və Avropa Birliyinin bütün regionla iqtisadi əlaqələrinin qaydaya salınması üzrə bir mərkəz ola bilər.

Həsən Ruhani bazar ertəsi günü Tehranda Belçika baş nazirinin müavini və bu ölkənin xarici işlər naziri Didier Reynders ilə görüşdə iki ölkənin tarixi əlaqələrinə işarə edərək, əlavə edib: İran-Belçika əlaqələri daim dostcasına və səmərəli olub və İranın ümumi fikri Belçika ilə əlaqələrin inkişafına müsbət baxır.
Ruhani turizm, elmi-tədqiqat, universitet sektorları, həmçinin enerji, sənaye, investisiya və iqtisadi sahələr xüsusiyyət təşkil etməklə qarşılıqlı əlaqələrdə canlanmanın yaradılması zərurətini vurğulayaraq, deyib ki, İran İslam Respublikası özünün son dərəcə geosiyasi və geoiqtisadi mövqelərinə görə, iki ölkənin özəl sektorlarında əməkdaşlıqların gücləndirilməsi üçün lazımi şərait yaratmağa hazırdır.
İran İslam Respublikası prezidenti İran ilə Altılıq arasındakı müzakirələr və yaranmış şərait barədə belə deyib: İran İslam Respublikası qarşı tərəfin də özünün bütün öhdəliklərinə sadiq qalaraq, onlara əməl etməsi şərti ilə öz öhdəliklərinə saidq qalmaqda davam edəcək və şübhəsiz, əgər bu razılaşma yaxşı və dəqiq şəkildə icra olunarsa, qarşılıqlı etimad üçün möhkəm əsas ola bilər.
Belçika baş nazirinin müavini və bu ölkənin xarici işlər naziri də öz ölkəsinin daim İran İslam Respublikası ilə əlaqələrinin qorunması və gücləndirilməsi ardınca olduğunu bildirərək, ümidvarlıq edib ki, İrana qarşı sanksiyaların sürətlə yığışdırılması ilə qısa müddətdə Tehran-Brüssel münasibət və həmkarlıqları daha da genişlənəcəkdir.
Reynders həmçinin İran prezidenti tərəfindən BMT-də irəli sürülmüş və təsdiq olunmuş "zorakılıq və ifratçılığa qarşı dünya" ideyasını vurğulayıb və bu ideyanın reallaşması tərzi üçün proqramlaşdırmanın aparılması vacibliyini xüsusi qeyd edibdir.

Teqlər