Noy 09, 2015 17:37 Asia/Baku
  • Zərif: Ərak reaktorunun yenidən qurulması sənədinin imzalanması tərzi haqda müzakirə aparılacaq
    Zərif: Ərak reaktorunun yenidən qurulması sənədinin imzalanması tərzi haqda müzakirə aparılacaq

İranın xarici işlər naziri Ərak Ağır Su təsisatlarının yenidən qurulması sənədinin rəsmən hazır olmasından xəbər verib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif müxbirlərlə müsahibədə Vyana iclası kənarında Altılıq ölkələrinin xarici işlər nazirləri ilə müzakirə barədə belə deyib: Ərak Ağır Su təsisatlarının yenidən qurulması sənədi üzrə müzakirələr başa çatıb və imzalanmağa hazırdır, amma imza tərzi müzakirə olunacaq, zira bütün xarici işlər nazirləri Vyana iclasında iştirak etmirlər.
Tehranda Belçika baş nazirinin müavini və bu ölkənin xarici işlər naziri Didier Reynders ilə birgə mətbuat konfransının kənarında müsahibə verən İranın xarici işlər naziri İranın qarşıdakı Vyana iclasında iştirakı barədə də deyib: Terror qruplarının təyini və işin davam etdirilməsi haqda razılaşma iclasın iş gündəmində duran iki mühüm mövzudur.
İranın diplomatiya aparatının başçısı söyləyib: Tehran iki prinsipə- beynəlxalq bir borc kimi terrorizmlə mübarizəyə və Suriya xalqınn taleyinin bu ölkənin xalqı tərəfindən təyin edilməsinə inanır və bu sahədə asanlaşdırıcı rolunu oynaya bilər.
Zərif vurğulayıb ki, İran daim Suriyada sülh və sabitliyə çalışıb və hərbi həll yolu qənaətində olan bəzi ölkələrin əksinə olaraq, bu inamdadır ki, Suriya böhranının yalnız siyasi həll yolu var və terrorçular və ekstremistlərlə mübarizə, dünya ictimaiyyətinin vəzifəsidir.

Teqlər