Ruhaninin Fransa səfəri
https://azeri.sahartv.ir/news/İran-i199473-ruhaninin_fransa_səfəri
İranın Fransadakı səfiri İran prezidentinin Parisə olacaq qarşıdakı səfərindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2015 06:28 Asia/Baku
  • Ruhaninin Fransa səfəri
    Ruhaninin Fransa səfəri

İranın Fransadakı səfiri İran prezidentinin Parisə olacaq qarşıdakı səfərindən xəbər verib.

Fars xəbər agentliyinin məlumatına görə, Əli Ahəni deyib ki, Həsən Ruhaninin gələn həftənin çərşənbə axşamı günü Parisə olacaq səfərində müxtəlif müqavilələr imzalanacaq.
Ahəni bildirib ki, dəmiryolu və hava nəqliyyatı, enerji, avtomobilqayırma və sənaye sahələrində həmkarlıq üçün müxtəlif razılaşma və anlaşmalar hazırlanıbdır.
Proqnozlara əsasən, terrorizm və Suriya böhranı məsələsi iki prezidentin danışıqlarının əsas mehvərləri olacaq. Həmçinin nüvə anlaşmasının icra prosesi barədə də bəhs olunacaq.
Həsən Ruhani Fransanın prezidenti Fransua Ollanddan əlavə, həmin ölkənin xarici işlər naziri Loran Fabius, iqisadiyyat naziri Emmanuel Makron, həmçinin bir neçə böyük fransız şirkətin sədri ilə görüşəcək.