Təbriz nümayəndəsi Milli Medianı alqışlayıb
Noy 12, 2015 08:53 Asia/Baku
İslam Şurası Məclisinin hüquq və ədliyyə komissiyasının katibi və Şərqi Azərbaycan Nümayəndələri Palatasının sədri deyib: "Fitilə oteli" proqramına qətiyyətli və dərhal reaksiya verən və Azərbaycan insanına və mədəniyyətinə sevgi bəsləyən Radio və Televiziya Təşkilatının sədrinə təşəkkür edirik.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Mirhadi Qaraseyid cümə günü 2-ci Telekanal vasitəsi ilə yayımlanan "Fitilə oteli" proqramında yaranmış səhlənkarlıq və ictimaiyyətdə vəhdətin qorunmasının vacibliynə toxunaraq bildirib: Azərbaycanca və azərbaycanlı mentaliteti bir iranlı şiə mentalitetidir. Belə ki, İslami İranda şiəlik cərəyanının yaranmasında əsaslardan olmuş və bu mədəniyyət İran üçün əbədidir.Mirhadi Qaraseyid əlavə edib: Konstitusiya prinsipləri və İslam İnqilabının Böyük Rəhbərinin etniklər barəsindəki tədbirlərini nəzərə alaraq hamımızın borcudur ki, etniklər barədə, onların mədəniyyətinin yüksəlişi və tarixi keçmişlərinin qorunması üzrə səy göstərək.
Zəncan deputatı və İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü bildirib: Xalqımızın sayıq olması gərəkir. Çünki əcnəbi medialar İran xalqının birliyini məhv etmək ardıncadırlar.
"Fitilə oteli" proqramında yaranan səhlənkarlığa münasibət bildirən Məhəmməd İsmayili deyib: 2-ci telekanal vasitəsi ilə yayımlanan və İran xalqının diqqəti cəlb edəcək hissəsinin narahatlığına səbəb olan proqramı nəzərə alaraq, bu hadisədən sonra, Televiziya və Radio Təşkilatının sədri və milli medianın rəsmiləri dərhal üzr istədilər və nəzarət etməli olan istehsal və yayım üzrə məsul şəxslərlə bağlı lazımi ölçülər götürüldü. Bunun özü alqışalayiqdir.
O əlavə edib: Bu layiqli addım zamanında atıldı və çox təsirli idi. Üzr istəməklə və belə hala yol verənlər barədə ölçünün götürülməsi ilə vəziyyət normallaşdı.