İran səfirliyi Beyrutdakı terror aktları ilə bağlı bəyanat verib
Noy 13, 2015 10:18 Asia/Baku
-
İran səfirliyi Beyrutdakı terror aktları ilə bağlı bəyanat verib
İran İslam Respublikasının Beyrutdakı səfirliyi ötən gecə onlarla nəfərin həlak olması və yaralanması ilə nəticələnən Beyrutun cənubunda terror aktlarını pisləyərək onu sionistlər və terror qruplaşmalarının himayədarlarının mənafeyinin təmin olunması kimi qiymətləndirib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran səfirliyi bir bəyanatda bildirib: Livanın günahsız vətəndaşları, xüsusilə qadın və uşaqlar bu terror aktlarının qurbanı olublar. Bu cinayət bir daha terror qruplaşmalarının insanlığa qarşı vəhşicəsinə mahiyyətini aşkar etdi.Bu bəyanatda əlavə olunub: Siyasi qrupların rəhbərlərinin məsuliyyəti hiss etmələri sayəsində Livanın həmrəyliyə, milli birliyiə və daxili məsələlərin həlli istiqamətində addım atdığı və Livan ordusu və təhlükəsizlik qüvvələrinin terror qruplaşmaları ilə mübarizədə önəmli nailiyyətlər əldə etdiyi bir şəraitdə, bu terror aktı sionist rejim və bu qruplaşmaların xarici himayədarlarının mənafeyi və məqsədləri istiqamətində və Livanın stabilliyini məhv etmək və müqavimətə qarşı addım olaraq qiymətləndirilir.
İran İslam Respublikasının səfirliyi bu insanlığa qarşı hərəkəti pisləyib və günahsız vətəndaşların şəhid olması ilə bağlı Livan dövləti və xalqına başsağlığı verərək hadisə qurbanlarının ailələrinin dərdinə şərik çıxıb və Allah-taaladan bu hadisə yaralılarına şəfa diləyib.
Ötən gecə Livan paytaxtı Beyrutun cənubunda şiə sakinli Zahiyə məntəqəsində iki terror aktı törədilib. Terror aktlarının məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. Bu aktlarda ən azı 43 nəfər həlak olub və 200-dən çox livanlı yaralanıb. Yaralılardan əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.