İran XİN Myanmada seçkilərin keçirilməsindən razılıq edib
Noy 13, 2015 10:32 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü Myanmada seçkilərin uğurlu şəkildə keçirilməsindən razılıq edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Sadiq Hüseyn Cabiri Ənsari Myanmada parlament seçkilərinin keçirilməsini bu ölkədə siyasət və hüququn inkişaf etməsi istiqamətində önəmli addım adlandırıb.Cabiri Ənsari deyib: Myanmada müxtəlif xalq kütlələrinin seçkilərdə diqqəti cəlb edəcək dərəcədə iştirakı onların öz gələcəkləri ilə yaxından maraqlandığını və dinc və siyasi prosedurlar çərçivəsində ölkənin inkişafına ümid bəslədiyini göstərir.
İran XİN sözçüsü ümidvarlıq edib ki, Myanmada seçkilərin nəticələri milli həmrəyliyin artması və dövlət və xalq arasında əlaqələrin yüksəlməsi ilə bütün qruplar, tayfalar, azlıqlar və bu seçkilərdə iştirak edə bilməyən şəxslərin aktiv şəkildə iştirakına zəmin yaradacaq və bu ölkənin inkişafına öz töhfəsini verəcəkdir.
Anqsan Suçinin rəhbərlik etdiyi Demokratiya Uğrunda Milli Cəbhə partiyası Myanma parlament seçkilərində yerlərin çoxunu əldə edib.
Myanma parlament seçkilərində 90-dan çox partiyanın iştirakı ilə 3 mindən çox namizəd milli, bölgə və əyalət məclislərində 1140 yer uğrunda rəqabət aparıb.