İran Livandakı terror aktını pislədi
Noy 13, 2015 10:57 Asia/Baku
İran Xarici İşlər Nazirliyi Livan paytaxtı Beyrutun Cənubi Zahiyə məntəqəsindəki terror aktını pisləyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ötən gecə onlarla günahsız Livan vətəndaşının həlak olması və yaralanması ilə nəticələnən Beyrutdakı terror aktını pisləyən Sadiq Hüseyn Cabiri Ənsari bu hadisə ilə bağlı Livan xalqı və dövləti və həlak olanların ailələrinə başsağlığı verib.İran XİN sözçüsü ümidvarlıq edib ki, Livan xalqı, müqaviməti və ordusunun həmrəyliyi və beynəlxalq ictimaiyyətin terrorizmlə mübarizədə ciddi iradəsi ilə radikal və terror cərəyanları ilə ciddi şəkildə mübarizəyə şərait yaranacaq və həmrəylik və müqavimət simvolu olaraq Livanın müxtəlif kütlələrinin birliyi qorunacaq.
Məlumatlara görə, ötən gecə Livan paytaxtı Beyrutun Cənubi Zahiyə məntəqəsində iki terror aktı törədilib. Nəticədə ən azı 43 nəfər həlak olub, 200-dən çox sivil də yaralanıb.
İŞİD terror qruplaşması bu partlayışların məsuliyyətini üzərinə götürüb.