"Ərbəin" radiosunun missiyası - aydınlatma
Noy 14, 2015 14:49 Asia/Baku
-
"Ərbəin" radiosunun missiyası - aydınlatma
Hüseyn(ə) Ərbəini ərəfəsində İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Radio bölməsində "Ərbəin" radiosu fəaliyyətə başlayıb.
İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri şənbə günü "Ərbəin" radiosunun istifadəyə verilməsi mərasimində deyib: "Ərbəin" radiosu xəbər və informasiya çatdırma üzrə özəl bir missiyaya malikdir.Məhəmməd Sərəfraz həmçinin, "Ərbəin" radiosunun yaradılmasını zəruri edən amillərə işarə edərək, deyib: Müəyyən bir dövr və müəyyən bir auditoriya üçün nəzərdə tutulan bu radionun istifadəyə verilməsində məqsədin həm informasiya çatdırmaq həm də "Ərbəin" mərasimində iştirak edənlərə yardım etmək olduğunu bildirib.
Cənab Sərəfraz əlavə edib: "Ərbəin" radiosu Hüseyn(ə) Ərbəini mərasimi ilə bağlı informasiyaların işıqlandırılması məqsədilə yaradılan və müvəqqəti xarakter daşıyan bir radiodur.
Qarşıdan gələn dekabr ayının 2-si və səfər ayının 20-si şiələrin 3-cü imamı həzrət Hüseyn(ə)-ın Ərbəini günüdür.