Öhdəliklərin yerinə yetirilməsi üçün nüvə anlaşmasının icrasında qərbli tərəfin yazılı öhdəliyi vacibdir
https://azeri.sahartv.ir/news/İran-i199624-Öhdəliklərin_yerinə_yetirilməsi_üçün_nüvə_anlaşmasının_icrasında_qərbli_tərəfin_yazılı_öhdəliyi_vacibdir
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib ki, nüvə anlaşmasının icrasında İslam İnqilabının Böyük Rəhbərinin təkidlərinin dəqiq iclası əsas şərtdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2015 10:30 Asia/Baku
  • Öhdəliklərin yerinə yetirilməsi üçün nüvə anlaşmasının icrasında qərbli tərəfin yazılı öhdəliyi vacibdir
    Öhdəliklərin yerinə yetirilməsi üçün nüvə anlaşmasının icrasında qərbli tərəfin yazılı öhdəliyi vacibdir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib ki, nüvə anlaşmasının icrasında İslam İnqilabının Böyük Rəhbərinin təkidlərinin dəqiq iclası əsas şərtdir.

Əlaəddin Borucerdi məclisin xəbər agentliyi ilə müsahibədə İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrasında amerikalı tərəfdən yazılı öhdəliyin alınmasına dair təkidinə işarə edərək, əlavə edib: İranın Milli Təhlükəsizlik Ali Şurası aydınlaşdırmalıdır ki, Amerika prezidenti Barak Obamanın və Avropa Nazirlər Şurasının məktubu nüvə anlaşmasının icrasında yazılı öhdəlik sayılır, yoxsa yox.
Borucerdi İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçının İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasına olmuş izahatına toxunaraq, deyib: Sonda İranın Milli Təhlükəsizlik Ali Şurası nüvə anlaşması tərəfi olan ölkələrin öhdəliklərini müəyyənləşdirəcəkdir.