Paris faciələri; Qərbin terrorçuları dəstəkləmək funksiyasının nəticəsi
Noy 15, 2015 19:22 Asia/Baku
Ayətullah Hüseyn Nuri Həmədani Fransa paytaxtı Parisdəki son faciəni qərbin terrorçuları dəstəkləmək funksiyasının nəticəsi adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Qumda böyük təqlid mərcələrindən Ayətullah Hüseyn Nuri Həmədani bazar günü Beyrut və Parisdəki son terror aktlarını pisləyərək bildirib: Qərblilər, xüsusilə də Amerikanın terrorçular qarşısındakı hərəkətləri dünyanın bugünkü problemlərinin əsas səbəbidir.Ayətullah Nuri Həmədani əlavə edib: Bəzi beynəlxalq zorakı ölkələr təsəvvür edirdilər ki, təkfirçi və terrorçu qruplaşmalar yaratmaqla islam ölkələrini problemlə üzləşdirə və özlərini təhlükəsizlikdə saxlaya bilərlər.
"Kobud və terror qruplaşmalarını yaradanlar və dəstəkləyənlərin özləri gec-tez həmin problemlərin onları da əhatə edə biləcəklərini bilməli idilər" -deyən Ayətullah Nuri Həmədaninin sözlərinəgörə, əgər Fransa kimi qərb ölkələri terrorçuları gücləndirməsəydilər, Suriya və İraq dövlətləri və xalqları İŞİD-in kökünü kəsərdilər.
Ayətullah Nuri Həmədani islam ümmətini düşmənlərin nəhs planları qarşısında birliyi qorumağa və sayıq olmağa çağırıb və əlavə edib: İslam ölkələri onları izzətə çatdıran yeganə yolun birlik və sayıqlığı qorumaq olduğunu bilməlidirlər.