Noy 17, 2015 19:18 Asia/Baku
  • Bir iranlı həkim Kimyəvi Silahlara Qadağa Təşkilatının mükafatının qalibi oldu
    Bir iranlı həkim Kimyəvi Silahlara Qadağa Təşkilatının mükafatının qalibi oldu

Kimyəvi Silahlara Qadağa Təşkilatının illik mükafat komitəsi qərara alıb ki, təşkilatın 2015-ci ildə illik ikinci mükafatını müştərək olaraq İran İslam Respublikasından doktor Mehdi Bilali və İngitərədən Doktor Alester Heyyə təqdim etsin.

Səhər Beynəlxalq Televiziyasının bu təşkilatın texniki katibliyinin bildirişinə istinadla verdiyi məlumata əsasən, İran İslam Respublikası vətəndaşı Bilali zəhərin tanınması üzrə mütəxəssisdir və öz peşəsini kimyəvi müharibə qurbanlarının müalicəsinə həsr etmişdir.
O davamlı şəkildə kimyəvi silahların tibbi cəhətlərinin təlimi sahəsində aktiv olmuş və Kimyəvi Silahların Qadağası və Ümumdünya Səhiyyə Təşkilatları ilə əməkdaşlıq etmişdir.
Britaniyadan Doktor Heyy də kimyəvi müharibədə zəhərlərin xüsusiyyətləri haqda yüksək biliyi ilə məşhurlaşmış mütəxəssisdir.
İllik ikinci mükafatın namizədləri çoxlu sayda namizədlərin arasından seçilib.
Bu mükafatın Bilaliyə təqdim olunması İran İslam Respublikasının sülhməramlı mövqeyi və fəal diplomatiyasına beynəlxalq etirafdır və kimyəvi silahlarla əlaqədar milli və beynəlxalq konvensiyaların icrasında İran İslam Republikasının konstruktiv və öncül mövqelərinin təsdiqlənməsidir.

Teqlər