Tehran-Moskva əməkdaşlıqları strateji və məqsədyönlü olmalıdır
https://azeri.sahartv.ir/news/İran-i199759-tehran_moskva_əməkdaşlıqları_strateji_və_məqsədyönlü_olmalıdır
Rusiya baş nazirinin müavini: Tehran-Moskva əməkdaşlıqları strateji və məqsədyönlü olmalıdır
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2015 06:10 Asia/Baku
  • Tehran-Moskva əməkdaşlıqları strateji və məqsədyönlü olmalıdır
    Tehran-Moskva əməkdaşlıqları strateji və məqsədyönlü olmalıdır

Rusiya baş nazirinin müavini: Tehran-Moskva əməkdaşlıqları strateji və məqsədyönlü olmalıdır

Rusiya baş nazirinin müavini İran prezidentinin elm və texnologiya məsələləri üzrə müavini Sorena Səttari ilə görüşdə deyib: İki ölkə əlaqələri müstəqil layihələrdən strateji və məqsədyönlü müstəviyə yüksəlməlidir.
Dmitri Raquzin əlavə edib: Moskva Tehran ilə əlaqələrin hərtərəfli formada inkişaf etdirilməsini müsbət qarşılayır. İki ölkə əlaqələri yaxşı inkişaf tempinə malikdir. Amma, bu gediş sürətləndirilməli və sadəcə aviasiya və hərbi sahə ilə məhdudlaşmamalıdır.
Raquzin İran-Rusiya əlaqələrinin daha artıq inkişaf etdirilməsi üçün lazım gələrsə əlavə məsləhətləşmələrin aparılmasına hazır olduğunu vurğulayıb və deyib: Moskva Tehran ilə əlaqələrin inkişaf etdirilməsi və bu əlaqələrin strateji əlaqələr səviyyəsinə yüksəldilməsinə tam hazırdır. Və iki ölkənin birgə elm və texnologiyalar komissiyasının iclasında da bu sahədə bir sıra yollar barədə fikir mübadiləsi aparıldı.
İran prezidentinin müavini Sorena Səttari də bu görüşdə iki ölkə əlaqələrinin Tehranın nəzərində xeyli önəmli olduğunu vurğulayıb və deyib: İran İslam Respublikası iki ölkə əlaqələrinin İran və Rusiya xalqları üçün daha artıq faydalı olacağına ümidvardır və İran bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsini istəyir.
İran prezideninin elm və texnologiya məsələləri üzrə müavini Sorena Səttari daha sonra İranın "Max-2015" aviasiya sərgisində yüksək səviyyədə iştirakını Tehranın Moskva ilə əlaqələrin genişləndirilməsinə olan marağının nişanəsi adlandırıb.