Noy 20, 2015 11:06 Asia/Baku
  • Salehi: Ərak reaktorunun yenidən layihələşdirilməsi sənədi hüquqi baxımdan möhkəmdir
    Salehi: Ərak reaktorunun yenidən layihələşdirilməsi sənədi hüquqi baxımdan möhkəmdir

İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri deyib: Ərak nüvə təsisatının yenidən layihələşdirilməsi sənədi, İran və 5+1 ölkələri nazirləri habelə, Avropa Birliyinin nümayəndəsi tərəfindən imzalanmasına görə, hüquqi baxımdan son dərəcə möhkəm bir sənəd sayılır.

İRİB-nin məlumatına görə, Əli Əkbər Salehi İranın 1-ci telekanalının saat 21:00 üçün olan xəbər buraxılışına verdiyi telemüsahibədə deyib: Reaktorun nüvə yanacağı yerləşən mərkəzi korpusunun çıxarılması üçün lazım olan ilk addım İranın xarici işlər naziri, Avropa Birliyinin xüsusi nümayəndəsi və 5+1 ölkələri tərəfindən rəsmi bir anlaşma sənədinin imzalanması idi və bu sənəd bu gün imzalandı. Anlaşmanın mətni isə daha öncə tərəflər arasında razılaşdırılıb.
Salehi bu istiqamətdə atılması gərəkən ikinci mühüm addımın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yokio Amanonun öz hesabatını agentliyin direktorlar şurasına təqdim etməsi adlandırıb və deyib: Bu hesabata əsasən İranın nüvə işi bağlı elan edilməlidir.
Salehi Ərak nüvə təsisatının yenilənməsi sənədinin hüquqi baxımdan nə dərəcədə etibarlı olması məsələsinə gəlincə isə deyib: Ən etibarlı beynəlxalq sənədlərdən biri dövlətlər tərəfindən imzalanan sənəddir və bu baxımdan bu sənəd son dərəcə möhkəm və etibarlıdır.

Teqlər