Tehranın cümə namazı xütbələri
Noy 20, 2015 15:07 Asia/Baku
Tehranın müvəqqəti imam cüməsi region və dünyada təlükəsizliyin bərqərar edilməsinin ölkələrin terrorizm ilə mübarizədə ciddi əməkdaşlığına ehtiyaclı olduğunu vurğulayıb.
Tehranın bu həftəki cümə namazı xitabətçisi Ayətullah Əhməd Xatəmi Parisdə baş vermiş son terror hücumlarını qınayıb və deyib: İran İslam Respublikası insanların terror edilməsini ilə müxalifdir və terrorizm ilə mübarizənin yeganə yolunun bütün ölkələrin real və ciddi şəkildə bu mübarizədə iştirakı və əməkdaşlığı olduğuna inanır.Tehranın müvəqqəti imam cüməsi terrorizm ilə İslam dini arasında hansısa əlaqənin olmasını rədd edərək, deyib: Terrorçu və təkfirçi qruplar o cümlədən İŞİD dünyada İslam dininə qarşı qorxunun formalaşdırılması yüçün yaradılıb və onların vəzifəsi İslamın simasını ləkələməkdən başqa bir şey deyil.
Ayətullah Xatəmi İŞİD və təkfirçilərin sionistlərin muzdurları olduqlarını vurğulayaraq, əlavə edib: Bu gün terrorizmin qurbanına çevrilən Fransanın özü və bir sıra digər qərb dövlətləri bu terror qruplarının Suriya və İraqda günahsız insanları qırğın etmələri və ölkənin sivil infrastrukturlarını dağıtmalarını himayə edirlər.
Tehranın müvəqqəti imam cüməsi avropalılar və amerikalıların terrorizm ilə bağlı ikili siyasətlərini və terrorizmi "yaxşı və pis" terrorizmə ayırmalarını tənqid edib və deyib: Onlar Parisdə törədilən son terror aktından qəzəblidirlər. Halbuki, İsrailin Fələstin xalqına qarşı terrorizmi və hətta, Paris terror aktından bir gün öncə Livanın paytaxtı Beyrutda törədilən qanlı terror aktı qarşısında sükut ediblər.
Ayətullah Xatəmi İŞİD və təkfirçiləri bəşəriyyət üçün böyük təhdid adlandırıb və deyib: Əgər Qərb dövlətləri bu təhdidə qarşı mübarizə aparmaq istəyirlərsə, onları himayə etməkdən əl çəkməli və İran kimi terrorizm ilə mübarizədə səmimi olmalıdırlar.