Qaz İxrac edən Ölkələr Forumunun enerji nazirləri iclası Tehranda işə başladı
https://azeri.sahartv.ir/news/İran-i199865-qaz_İxrac_edən_Ölkələr_forumunun_enerji_nazirləri_iclası_tehranda_işə_başladı
Qaz İxrac edən Ölkələr Forumunun enerji nazirlərinin fövqəladə iclası İranın neft nazirinin sədrliyi ilə bu gün Tehranda işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2015 07:47 Asia/Baku
  • Qaz İxrac edən Ölkələr Forumunun enerji nazirləri iclası Tehranda işə başladı
    Qaz İxrac edən Ölkələr Forumunun enerji nazirləri iclası Tehranda işə başladı

Qaz İxrac edən Ölkələr Forumunun enerji nazirlərinin fövqəladə iclası İranın neft nazirinin sədrliyi ilə bu gün Tehranda işə başlayıb.

İRNA-nın məlumatına görə, Qaz İxrac edən Ölkələr Forumunun enerji nazirlərinin fövqəladə iclası forumun sammitinin iş proqramını hazırlamaq məqsədi ilə bu gün İranın neft naziri Bijən Namdar Zəngənənin sədrliyi ilə Tehranda işə başlayıb.
Həmçinin, bu gün günortadan sonra Qaz İxrac edən Ölkələr Forumunun enerji nazirlərinin adi iclası Nigeriyanın enerji naziri Emanuel İye Kaçikonun sədrliyi ilə keçiriləcək.
Qaz İxrac edən Ölkələr Forumunun təsis edildiyi zamandan bəri bu ilk dəfədir ki, forumun 3 mühüm iclası yəni sammiti, enerji nazirlərinin adi iclası və enerji nazirlərinin fövqəladə iclası bir ölkədə keçirilir.
Qaz İxrac edən Ölkələr Forumunun 3-cü sammiti bazar ertəsi günü İran prezidenti Həsən Ruhaninin sədrliyi ilə keçiriləcək.