İran neft nazirinin Qaz İxrac edən Ölkələr Forumu enerji nazirləri iclasındakı çıxışı
Noy 21, 2015 14:14 Asia/Baku
-
İran neft nazirinin Qaz İxrac edən Ölkələr Forumu enerji nazirləri iclasındakı çıxışı
İran İslam Respublikasının neft naziri Qaz İxrac edən Ölkələr Forumu enerji nazirlərinin fövqəladə iclasının mövzusunu, Qaz İxrac edən Ölkələr Forumu sammitinin yekun bəyanatının ilkin mətninin təsdiq edilməsi adlandırıb.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Iranın neft naziri Bijən Namdar Zəngənə Qaz İxrac edən Ölkələr Forumu enerji nazirlərinin fövqəladə iclasının açılış mərasimində, bu iclasın keçirilməsində məqsədin üzv ölkə başçıları iclasının yekun bəyanatının təsdiq edilməsi olduğunu bildirib və deyib: Üzv ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri bu bəyanatın ilkin mətnini hazırlayıblar və bu gün həmin sənəd nazirlər tərəfindən təsdiq olunacaq.Qaz İxrac edən Ölkələr Forumu enerji nazirlərinin fövqəladə iclasının sədri həmçinin, üzv ölkələrin müstəqilliyinin qoyunmasına təkid edərək, siyasətlərin təyin edilməsində ahəngdarlığın vacibliyini vurğulayıb.
Bijən Namdar Zəngənə əlavə edib: Qaz İxrac edən Ölkələr Forumunun 3-cü sammitinin özəlliklərindən biri bu iclasda iştirak edən nazirlər və dövlət rəsmilərinin sayıdır. Belə ki, bu məsələ ölkələrin bu iclasa verdikləri önəmdən xəbər verir.
İranın neft naziri Tehranın Qaz İxrac edən Ölkələr Forumunun sammitinə ev sahibliyi etməsinə işarə edərək, 9 üzv ölkə başçısının bu iclasda iştirakını mühüm hadisə adlandırıb və deyib: Türkmənistan prezidentinin bu iclasa xüsusi qonaq qismində qatılması bu iclasın əhəmiyyətini iki qat artırıb.
Zəngənənin dediyinə görə, öncəki iki sammitin bəyanatlarında təyin edilmiş 2 prinsip Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələrin öz enerji resurslarına hakimiyyət haqqına və üzv ölkələr arasında siyasi əməkdaşlığın və ahəngdarlığın artırılmasına təkid edir. Və Tehran bəyannaməsində də bu məsələlər bir daha diqqət mərkəzində saxlanılıb.
Qaz İxrac edən Ölkələr Forumu enerji nazirlərinin fövqəladə iclasının sədri 2015-ci ilin iqlim dəyişiklikləri baxımından misilsiz bir il olduğuna işarə edərək, deyib: Təbii qazın böyük bir nemət olmasını nəzərə alaraq, bu məsələ sammitin yekun bəyanatında öz əksini tapıb və Qaz İxrac edən Ölkələr Forumunun bu xüsusdakı müraciəti Parisdə keçiriləcək 3-cü İstixana Qazlarının Azaldılması İclasında qiraət olunacaq.