Noy 21, 2015 17:09 Asia/Baku
  • BMT-nin İranla bağlı qətnaməsi siyasidir
    BMT-nin İranla bağlı qətnaməsi siyasidir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri BMT Baş Assambleyasının insan haqları komitəsinin İranla bağlı qətnaməsini siyasi və dəyərsiz adlandırıb.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi bu gün İran əleyhinə qəbul edilən qətnaməyə işarə edərək, deyib: BMT Baş Assambleyasının 3-cü komitələrinin qətnamələri daim siyasi olub və ölkələrin siyasi maraqları, siyasi sifarişlər və siyasi nüfuzu əsasında bu qətnamələrə səs verilir.
Brucerdi əlavə edib: BMT Baş Assambleyasının İranla bağlı qətnaməsi kökündən əsassızdır və əgər BMT-nin cürəti çatırsa İsrail rejiminin cinayətlərini və Ərəbistanın regionda törətdiyi cinayətləri araşdırsın. Bunun özü BMT-nin son addımının siyasi və qeyri-qanuni addım olmasına dəlalət edən faktlardır.
BMT Baş Assambleyasının 3-cü komitəsi cümə axşamı günü bir qətnamə qəbul edərək, İranda insan haqlarının vəziyyətindən nigaranlıq edib. ABŞ və İsrail rejimi bu qətnamənin lehinə səs verənlər tərəfdə yer alıblar.
İran İslam Şurası Məclisinin nümayəndəsi həmçinin, deyib: Ərəbistan elə bir şəraitdə Suriya mövzusu ilə bağlı İran və Rusiya əleyhinə qətnamə layihəsi irəli sürür ki, bu ölkənin özü Yəməndə müharibə cinayətləri törədir və minlərlə günahsız insanı qırğın edir. Yaşayış massivlərini, xəstəxanaları və infrastrukturları bombardman edir. BMT isə baş verənlər qarşısında sadəcə sükut edir.
Ərəbistan BMT Baş Assambleyasının insan haqları komitəsində Suriyada iştirakları ilə bağlı Rusiya və İran əleyhinə qətnamənin qəbul edilməsini istəyib və bu istək əsasında Ərəbistanın təklif etdiyi qətnamə 115 lehinə, 15 əleyhinə və 51 bitərəf səs ilə təsdiq edilib.

Teqlər