Noy 22, 2015 17:48 Asia/Baku
  • Türkmənistan prezidenti əlaqələrin inkişafını vurğulayıb
    Türkmənistan prezidenti əlaqələrin inkişafını vurğulayıb

Türkmənistan prezidenti Qurbanqulu Berdı Məhəmmədov bazar günü Tehranda İran prezidenti Həsən Ruhani ilə birgə mətbuat konfransında onların müzakirələrinin bərabər hüquqlar, qarşılıqlı hörmət, səmimilik və dostluq atmosfetində keçdiyini bildirərək, deyib ki, Türkmənistan İranla əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə genişləndirilməsini istəyir.

Türkmənistan prezidenti habelə iki ölkənin mütəşəkkil cinayətlər, narkomaddələr, ekstremizm və terrorizmlə mübarizədəki əzmkarlığından xəbər verərək, deyib ki, iki ölkə siyasi məsələlərdə fikir birliyinə malikdir və hədəf budur ki, regionda və dünyada rifah və sabitlik bərqərar olsun.

Teqlər