Zərif: Suriya böhranının sonlandırılması üçün ümid işartısı yaranıb
Noy 23, 2015 10:53 Asia/Baku
-
Zərif: Suriya böhranının sonlandırılması üçün ümid işartısı yaranıb
İran İslam Respublikası xarici işlər naziri deyib: İlk dəfə olaraq, zəif də olsa müasir dövrün ən böyük insani faciəsi sayılan Suriyadakı hazırkı böhranının həlli üzrə ümid işartısı yaranıb.
Məhəmməd Cavad Zərif Livanda çıxan əl-Səfir qəzetində dərc olunmuş məqaləsində yazır: İran İslam Respublikasının siyasəti Suriya böhranının elə əvvəlində 3 əsas prinsipə söykənib: Suriya xalqının istək və tələblərinə habelə, öz taleyini təyin etmə haqqına hörmət edilməsi, özünə aid məsələlərin idarə edilməsi, balanslaşdırılması və islahatların aparılması, xarici tərəflərin Suriyanın daxili məsələlərinə, milli hakimiyyət hüququna müdaxilə etməsi və öz siyasi məqsədlərinə nail olmaq üçün terrorizmdən bir vasitə kimi istifadənin edilməsi ilə müxalifət.İranın xarici işlər naziri əlavə edib: İran davamlı olaraq Suriya böhranı üçün siyasi həll yolunun olmadığına təkid edib və bu böhranın həlli üçün suriyalı-suriyalı dialoq çərçivəsində hərbi həll yoluna təkid edib.
Zərif Suriya böhranının uzanmasını və bu ölkənin üzləşdiyi hazırkı acınacaqlı vəziyyəti xarici tərəflərin geniş müdaxiləsinin nəticəsi adlandırıb və deyib: Bütün bunların səbəbi Suriya xalqı və dövlətindən intiqam almaq məqsədi ilə yürüdülən siyasətlərin nəticəsidir ki, hazırda terrorizmdən bir vasitə kimi faydalanır.