Ruhani İran-Əlcəzair həmkarlıqlarının inkişafını vurğulayıb
Noy 24, 2015 14:26 Asia/Baku
-
Ruhani İran-Əlcəzair həmkarlıqlarının inkişafını vurğulayıb
İran prezidenti İran-Əlcəzair həmkarlıqlarının bütün sahələrdə, xüsusən iqtisadi sahədə genişləndirilməsini istəyib.
Prezident Administrasiyasının informasiya portalının məlumatına görə, İran prezidenti Həsən Ruhani çərşənbə axşamı günü Tehranda Əlcəzairin baş naziri Əbdulmalik Səllal ilə görüşdə deyib ki, iki ölkənin özəl və dövlət sektorları sanksiyalardan sonrakı dövrdə qarşılıqlı iqtisadi münasibətlər səviyyəsinin artması üçün daha artıq səy göstərməlidirlər.Ruhani Əlcəzair adının İran xalqının yaddaşında müstəmləkəçiliklə mübarizə aparan qəhrəman xalq kimi həkk olunduğunu deyərək, əlavə edib: İran və Əlcəzair mədəni, iqtisadi və siyasi sahələrdə ortaq baxışlara malikdirlər ki, iki ölkənin anlaşma səviyyəsinin yüksəlməsi üçün münasib zəmin ola bilər.
İran prezidenti həmçinin əkinçilik, mədən, texnologiya, elm, turizm və mədəni sahələri müştərək həmkarlıqlar səviyyəsini yüksəldə biləcək sektorlardan adlandırıb.
Ruhani iki ölkənin İraq, Suriya, Yəmən və Afrikanın şimalı daxil olmaqla region məsələləri barədəki mövqelərini yaxın adlandıraraq, deyib: Bütün region məsələləri yalnız siyasi və danışıqlar yolu ilə həll olunacaq və İran və Əlcəzair öz keçmişlərinə əsasən, bu istiqamətdə təsirli həmkarlıq və həmfikirliliyə malik ola bilərlər.
Əlcəzairin baş naziri də Tehranda Qaz İxrac edən Ölkələr Forumunun sammitini uğurlu keçirməsinə görə, İrana təşəkkür edərək, deyib: İran regionda diqqətəlayiq bir qüdrətdir ki, sanksiyaların aradan qaldırılması ilə regionda sabitliyin qurulması istiqamətində rol oynaması üçün İranın qarşısında daha artıq fürsətlər yaranacaqdır.