Noy 25, 2015 10:19 Asia/Baku
  • İraqçı: Uran mübadiləsi müqaviləsi icra olunacaq
    İraqçı: Uran mübadiləsi müqaviləsi icra olunacaq

İran Xarici İşlər Nazirliyinin nüvə anlaşmasının izlənilməsi qərargahının sədri deyib ki, uran mübadiləsi haqda Rusiya ilə bütün müqavilələr imzalanıb və MAQATE-nin hesabatından və direktorlar şurasının qərarından sonra icra olunacaq.

IRNA-nın məlumatına görə, Seyid Abbas İraqçı Vyanada MAQATE-nin baş direktoru Yukiya Amano ilə müzakirədən sonra uran mübadiləsi barədəki sualın cavabında deyib: İran agentliyin direktorlar şurasının 15 dekabr hesabatından sonra uran mübadiləsinə başlayacaq.
İraqçı əlavə edib: İran yol xəritəsi əsasında hərəkət edib və agentlik də yol xəritəsi əsasında öz hesabatını təqdim edəcək.
Çərşənbə axşamı günü səhər Vyanaya daxil olmuş İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı bir gün ərzində Avropa İttifaqının xarici siyasət üzrə koordinatorunun müavini Helqa Şmidtdən əlavə, MAQATE-nin baş direktoru Yukiya Amano və nüvə anlaşmasının icrası üzrə Amerikanın baş koordinatoru Stefan Mal ilə görüşübdür.

Teqlər